"Beşiktaş" "Zenit"dən futbolçu transfer edir
"Zenit"in yarımmüdafiəçisi Daler Kuzyayev karyerasını Türkiyə Super Liqasında davam etdirəcək.
Sportline.az championat.com-a istinadən xəbər verir ki, "Zenit"in yarımmüdafiəçisinin yaxın günlərdə "Beşiktaş"a transfer olunması gözlənilir.
Tərəflərin artıq razılığa gəldiyi bildirilir.
2017-ci ildən "Zenit"in şərəfini qoruyan 30 yaşlı futbolçunun müqaviləsi bu ayın sonunda başa çatır.