"Beşiktaş"da şok iddia: Ulduz futbolçu gedir?
"Beşiktaş" Raşid Gezzalla vidalaşa bilər.
Sportline.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi klubdan ayrıla bilər. Buna səbəb rəhbərliyin tez-tez zədələnən və yüksək maaş tələb edən əlcəzairli futbolçudan narazı olmasıdır.
Qeyd edək ki, Gezzal bu mövsüm 11 oyunda 2 qol və 3 məhsuldar ötürmə ilə yaddda qalıb.