Fransalıların "Beşiktaş"a sürprizi
Avropa Liqasının 1/4 final mərhələsinin "Beşiktaş" - "Lion" matçına rəqib azarkeşlər buraxılmayacaq. Sportline.az xəbər verir ki, bunu İstanbul nəhənginin prezidenti Fikrət Orman açıqlayıb. Onun sözlərinə görə, qonaqlar üçün nəzərdə tutulan 2100 bilet də yerli azarkeşlərə satılacaq. Fikrət Orman bunun fransalı həmkarları ilə razılıq əsasında qərar alındığını bildirib. Görünür, klub rəsmiləri Lionda yaşananların İstanbulda təkrarlanmasında narahatdırlar.