"Beşiktaş"ın futbolçusu "Braqa"ya keçib
“Beşiktaş” klubunun yarımmüdafiəçisi Demir Ege Tıknaz futbolçu karyerasını Portuqaliyada davam etdirməyə hazırlaşır.
Sportline.az xəbər verir ki, gənc türkiyəli oyunçu “Braqa”ya transfer olunub. Bu barədə İstanbul təmsilçisinin rəsmi internet səhifəsində məlumat verilib.
"Beşiktaş" 21 yaşlı dayaq yarımmüdafiəçisinin satışından 7 milyon avro qazanc əldə ediblər.
Futbolçu Portuqaliya klubu ilə 2030-cu ilin yayına qədər qüvvədə olacaq müqaviləyə imza atıb.