"Beşiktaş"ın futbolçusu əsas millimiz yolunda
Türkiyənin “Beşiktaş” klubunun və 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü - Berkay Vardar əsas milliyə dəvət ala bilər.
Sportline.az xəbər verir ki, Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi 18 yaşlı yarımmüdafiəçini əsas komandaya hazırlamaq niyyətindədir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Berkay Vardar “Beşiktaş”ın heyətində Niderlandda “Ayaks”a 0:2 hesabı ilə uduzduqları Çempionlar Liqasının qrup mərhələsinin 2-ci tur oyununda debüt edib. O, 73-cü dəqiqədə Umut Meraşın əvəzinə meydana daxil olub.
Qeyd edək ki, Berkay Azərbaycanın U-17 və U-19 millilərində forma geyinib.