"Beşiktaş"ın futbolçusu sıradan çıxdı
Türkiyə Super Liqasının 27-ci turunun “Fənərbağça” ilə oyununun 10-cu dəqiqəsində zədələnərək meydanı tərk edən “Beşiktaş”ın müdafiəçisi Tayyib Sanucun son durumu açıqlanıb.
Sportline.az klubun rəsmi saytına istinadla xəbər verir ki, onun 6 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir.
Qeyd edək ki, Tayyib bu mövsüm Süper Liqada çıxdığı 23 oyunda rəqib qapılarına 3 qol vurub.