"Beşiktaş"ın oyununu Azərbaycan hakimləri idarə edəcəklər
Beynəlxalq dərəcəli həndbol hakimlərimiz növbəti təyinat alıblar.
Azərbaycan Həndbol Federasiyasından Sportline.az saytına verilən məlumata görə, Emil və Ernest Ağakişi qardaşları Avropa Həndbol Federasiyasının kuboku uğrunda yarışda yenidən ölkəmizi təmsil edəcəklər.
Təcrübəli referilər bu dəfə turnirin III mərhələsinin “Beşiktaş” – SKA Minsk görüşündə söz sahibi olacaqlar.
Türkiyə və Belarusun kişi həndbolçulardan ibarət komandalarının oyunu noyabrın 28-də İstanbulun “Süleyman Seba Sport Haal” arenasında keçiriləcək.