“Beşiktaş”ın sabiq oyunçusu “Trabzonspor”a keçə bilər

“Trabzonspor” 2021-2022 mövsümdə “Beşiktaş”da çıxış edən Can Bozdoğanın keçidində maraqlıdır.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, “Trabzonspor” klubu 23 yaşlı yarımmüdafiəçinin transferi üçün “Utrext” ilə danışıqlara başlayıb.

Can Bozdoğan bu mövsüm “Utrext” ilə çıxdığı 28 oyunda 2 qol , 1 asistlik performansla yadda qalıb.
Qeyd edək ki, fubolçu 8 və 6 nömrə mövqelərində çıxış edir.