"Beşiktaş"ın səfər qələbəsi
Türkiyə Super Liqasının 30-cu turunda "Ümraniyespor"un qonağı olan "Beşiktaş" 2:0 hesablı qələbə qazanıb.
Sportline.az xəbər verir ki, bu qələbə ilə xallarını 62-yə yüksəldən "Beşiktaş" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
"Ümraniyespor" isə 23 xalla 18-ci yerdədir.
"Ümraniyespor" - "Beşiktaş" 0:2
Qollar: Natan Redmond, 25, Vinsent Abubakar, 71