"Beşiktaş"ın ulduzu komandadan ayrılıb
“Beşiktaş”ın futbolçusu Atiba Hatçinson 10 il şərəfini qoruduğu klubdan ayrılıb.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, “Konyaspor”la görüş futbolçunun “Qara-qartallar”ın heyətində son oyun olacaq.
Qeyd edək ki, kanadalı futbolçu bu il “Beşiktaş” forması ilə meydana çıxdığı 8 oyunda cəmi 1 dəfə fərqlənib.