Bəzən belə də olur

UEFA Millətlər Liqasının ilk yarımfinal matçı maraqlı məqamlarla yadda qalıb.

Sportline.az xəbər verir ki, "San Siro"da keçirilən İtaliya - İspaniya görüşü meydan sahiblərinin qapıçısı Canluici Donnarumma üçün heç də yaxşı keçməyib. Belə ki, top hər dəfə 22 yaşlı qolkiperdə olan zaman azarkeşlər onu fitə basıblar. Qolkiper oyundan sonra göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, "Milan"ın yetirməsi olan Donnarumma bu yay doğma klubunu PSJ-yə dəyişib.