Boks həvəskarlarını maraqlı döyüş gözləyir

Boks həvəskarlarını yaxın günlərdə maraqlı boks turniri gözləyir.

Sportline.az xəbər verir ki, "Uembli" stadionunda təşkil olunacaq gecənin əsas döyüşündə Daniel Dübua ilə Aleksandr Usik üz-üzə gələcək.

İyulun 19-da baş tutacaq qarşılaşma revanş xarakterlidir.

Bu idmançıların 2023-cü ilin avqustunda keçirilən ilk görüşünda ukraynalı boksçu 9-cu raundda nokautla qələbə qazanmışdı.

Hazırda Usik WBC, WBA Super, WBO, IBO, The Ring, Dübua isə IBF üzrə dünya çempionu titulunun sahibidir.