Boliviya - Venesuela matçında 6 qol

Futbol üzrə Dünya çempionatının Cənubi Amerika üzrə təsnifat mərhələsində növbəti görüşlər keçirilib. SportLine.az xəbər verir ki, hesabında xalı olmayan Boliviya və Venesuela seçmələrinin oyunu maraqlı mübarizə ilə yadda qalıb. Qarşılıqlı hücumlar şəraitində keçən görüşün yekununda sevinən tərəf meydan sahibləri olublar.

13 noyabr 2015
Dünya çempionatının təsnifat mərhələsi

Boliviya - Venesuela 4:2
QOLLAR:
Rodriqo Ramallo, 19 (1:0); Xuan Karlos Arke, 23/pen. (2:0); Mario Rondon, 32 (2:1); Rodriqo Ramallo, 45 (3:1); Rudi Kardozo, 49 (4:1); Riçard Blanko, 55 (4:2)