"Bolonya" "Yuventus"dan icarəyə futbolçu götürdü

"Yuventus"un oyunçusu Joao Mario icarə əsasında "Bolonya" klubuna keçib.

Sportline.az xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb.

26 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər "Bolonya"da çıxış edəcək.

Qeyd edək ki, J.Mario "Porto" klubunun yetirməsidir.