Bonuççi İtaliya millisinə məşqçi təyin olunub

“Yuventus”un sabiq futbolçusu Leonardo Bonuççi İtaliya U-20 komandasına məşqçi təyin olunub.

Sportline.az İtaliya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 37 yaşlı veteran futbolçu baş məşqçi Bernardo Korradinin köməkçisi vəzifəsini icra edəcək.

Qeyd edək ki, Bonuççi futbolçu kimi “İnter”, “Cenoa”, “Bari”, “Yuventus”, “Milan”, Yuniyon Berlin” və “Fənərbağça” kimi klubların şərəfini qoruyub.