Bonuççiyə şok xəbər

"Yuventus" Leonardo Bonuççini əsas heyətdən çıxarıb.

Sportline.az xəbər verir ki, Turin klubunun direktorları Covanni Manna və  Kriştiano Giuntoli müdafiəçiyə onun əsas komandadan kənarlaşdırıldığı barədə xəbərdarlıq ediblər. Futbolçu xəbərdən şoka düşsə də, bu qərarla razılaşıb.

Bonuççi komandadan ayrı məşq edəcək və "Yuventus"un ABŞ turunu buraxacaq. Klub futbolçunu satışa çıxarıb."Yuventus"un yeni kapitanı Danilo olacaq.