"Bornmut" Braziliya millisinin oyunçusu ilə anlaşıb
İngiltərə klublarından "Bornmut" "Porto"nun və Braziliya millisinin oyunçusu Evanilsonu heyətinə qatıb.
Sportline.az Soccer.ru-ya istinadla xəbər verir ki, "Bornmut" bu transfer üçün Portuqaliya klubuna 47 milyon avro ödəyib.
Ötən mövsüm "Porto"nun heyətində 42 oyuna çıxan 24 yaşlı futbolçu aktivinə 25 qol və 7 məhsuldar ötürmə yazdırıb.
Evanilson 2021-2022 və 2023-2023-cü illər mövsümündə Portuqaliya Kubokunun bombardiri olub.
Qeyd edək ki, Evanilson bu ildən Braziliya millisinə dəvət alır.