"Borussiya" Dortmund yoldaşlıq oyununda "Aston Villa"ya qalib gəldi
Yeni mövsümün hazırlıqlarını davam etdirən "Borussiya" və "Aston Villa" Almaniyada yoldaşlıq oyununda qarşı qarşıya gəliblər.
Sportline.az xəbər verir ki, Siqnal İduna Park stadionunda keçirilən görüş meydan sahiblərinin 2-0 hesablı qələbəsi ilə yekunlaşıb.
"Sarı-qaralar"ın görüşdə qələbə qollarını Emre Can və Yulian Brand vurub.
Qeyd edək ki, "Borussiya" növbəti görüşünü Almaniya Kubokunda "Finiks Lubek"ə qarşı keçirəcək. "Aston Villa" isə Premyer Liqanın ilk turunda "Vest Hem"lə qarşılaşacaq.