"Borussiya" ilə oyun öncəsi "Beşiktaş"da ciddi itki

Çempionlar Liqası qrup mərhələsinin ilk turunda "Borussiya" ilə qarşılaşacaq "Beşiktaş"ın heyətində ciddi itki var.

Sportline.az xəbər verir ki, "qara qartallar"ın vingeri Kevin Nkudu zədə səbəbindən bu görüşdə iştirak edə bilməyəcək. Klubun rəsmi saytının yaydığı məlumata görə, Super Liqanın 4-cü turunun "Malatyaspor"la matçında zədələnən 26 yaşlı futbolçunun ağrılarının davam etməsinə görə, adı "Borussiya" ilə oyunun heyətindən çıxarılıb.

İstanbul təmsilçisinin müdafiəçisi Domaqoy Vida və hücumçu Aleks Teyşeyra da zədə səbəbindən Almaniya klubuna qarşı oynamayacaq.

Qeyd edək ki, "Beşiktaş" - "Borussiya" qarşılaşması bu gün Bakı vaxtı ilə saat 20:45-də başlanacaq.