"Borussiya" "Monako"ya uduzdu
Bu gün UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində ötən gündən təxirə salınan görüş keçiriləcək. SportLine.az xəbər verir ki, Dortmundda baş tutacaq matçda "Borussiya" "Monako"nu qəbul edəcək.
"Mançester Siti"ni mübarizədən kənarlaşdıran "knyazlar" bu dəfə Dortmund "Borussiya" ilə münasibətləri aydınlaşdıracaq. Almaniyada keçiriləcək ilk görüşdə hər iki komanda cavab matçı üçün sərfəli nəticə qazanmağa çalışacaq.
DORTMUNDDA PARTLAYIŞ, "BORUSSİYA" - "MONAKO" MATÇI TƏXİRƏ SALINDI
12 aprel 2017
Çempionlar Liqası, 1/4 final
Borussiya (Dortmund, Almaniya) – Monako (Fransa) - 2:3
QOLLAR: Mbappe, 19 (0:1); Sven Bender, 35/a.q. (0:2); Demdele, 57 (1:2); Mbappe, 80 (1:3); Kaqava, 85 (2:3)
VURULMAYAN PENALTİ: Fabinyo, 17 ("Monako")
Baş hakim: Daniel Orsato (İtaliya)