BOS-da Azərbaycan və Türkiyə bayraqları

Bu gün "Qarabağ"la "Qalatasaray"ın xeyriyyə matçı keçirəcəyi Bakı Olimpiya Stadionu Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilir.

Sportline.az xəbər verir ki, hər oturacağa Azərbaycan və Türkiyənin bayraqları qoyulur.

Xatırladaq ki, saat 20:00-da başlayacaq matçdan əldə olunacaq bütün gəlir Türkiyədə baş verən zəlzələdən zərərçəkənlərə ayrılacaq.