BOS "Qarabağ" - "Qalatasaray" oyununa hazırdır
Bakı Olimpiya Stadionu "Qarabağ"la "Qalatasaray" arasında keçiriləcək xeyriyyə matçına ev saibliyi etməyə hazırdır.
Sportline.az xəbər verir ki, bu haqda Ağdam təmsilçisi məlumat yayıb. "Qarabağ" stadionun son durumunun fotolarını paylaşaraq yazıb: "Bakı Olimpiya Stadionu qardaşlıq oyununa hazırdır".
Qeyd edək ki, martın 26-da keçiriləcək görüş saat 20:00-da başlayacaq. Oyunun bilet satışından əldə olunan gəlir Türkiyədə baş verən zəlzələdən zərər çəkənlərə göndəriləcək.