Böyük Dəbilqə: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Zelim Tçkayev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən Böyük Dəbilqədə bürünc medal qazanıb.

Sportline.az xəbər verir ki, 81 kq çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə Abılayxan Jubanazarı (Qazaxıstan) məğlub edib.

Qeyd edək ki, Azərbaycan Böyük Dəbilqədə 13 idmançı ilə təmsil olunur. Yarışa oktyabrın 23-də yekun vurulacaq. Daha əvvəl 60 kq çəki dərəcəsindəki Balabəy Ağayev bürünc medala sahib çıxıb.