Brahim Diaz yenidən İtaliya A Seriyasında çıxış edə bilər
“Real Madrid”in ispaniya əsilli mərakeşli futbolçusu Brahim Diazın yanvarda klubdan ayrılacağı gözlənilir.
Sportline.az “Gazzeta İtalia” qəzetinə istinadən xəbər verir ki, “Milan” klubu sabiq futbolçusunu yenidən heyətinə qata bilər. “Real Madrid”in rəhbərliyi Brahim Diaz üçün 40 milyon avro tələb edir.
25 yaşlı futbolçunun “Real Madrid” ilə müqaviləsi 2027-ci ilin iyun ayınadək nəzərdə tutulub.
Qeyd edək ki, Brahim Diaz 2020-2023-cü illər ərzində “Milan”da çıxış edib.