Braziliya klubu Serxio Ramosla maraqlanır
Azad agent statusunda olan 38 yaşlı müdafiəçi Serxio Ramos karyerasını Braziliyada davam etdirə bilər.
Sportline.az Marca.com-a istinadla xəbər verir ki, ispaniyalının xidmətində "Korintians" klubu maraqlıdır.
Xəbərdə bildirilir ki, klub Serxio Ramosa illik 4 milyona avro maaş təklif edəcək.
Ötən mövsümü yetirməsi olduğu "Sevilya"da keçirən təcrübəli oyunçu 37 matçda 7 qol və 1 asistlə oynayıb.
Xatırladaq ki, "Korintians" ötən gün niderlandlı ulduz futbolçu Memfis Depayı heyətinə qatıb.