Braziliya millisindən anti-rekord

Futbol üzrə Brazilya millisi 2003-2022-ci illər arasında Dünya Çempionatı seçmə mərhələsi oyunlarında keçirdiyi 71 oyunda cəmi 5 məğlubiyyətlə yadda qalmışdı.  

Sportline.az xəbər verir ki, bu haqda "De Marke Sports" saytı araşdırma aparıb.

Mənbənin bildirdiyinə görə, “sambaçılar” 2026-cı il Dünya Çempionatının seçmə mərhələsində artıq 8 oyunda 4 məğlubiyyətə uğrayıb ki, bu da komandanın anti-rekord göstəricisi hesab olunur.

Qeyd edək ki, Brazilya millisi cari seçmə mərhələdə 10 xalla 5-ci pillədə yer alır.