Braziliyalı futbolçu "Sabah"da
“Sabah” düşərgəyə Braziliyadan yeni futbolçu dəvət edib.
Sportline.az xəbər verir ki, Masazır klubu “Fluminense”nin yetirməsi olan Hiqor Qabriellə maraqlanır.
Premyer Liqa təmsilçisi 22 yaşlı braziliyalını artıq Bakıya dəvət edib.
Hazırda baxışda olan futbolçu məşqçilər korpusunun etimadını qazana bilsə, onunla müqavilə imzalanacaq.