Britaniyalı azarkeşlərdən təhqiramiz hərəkət
Fransada keçirilən futbol üzrə Avropa çempionatı daha bir xoşagəlməz hadisə ilə yadda qalıb. SportLine.az xəbər verir ki, ingilis və uelsli futbol fanatları miqrant uşaqlara xırda pullar ataraq əyləniblər.
Xatırladaq ki, bu ilin mart ayında Çempionlar Liqasının 1/8 finalı zamanı buna bənzər hadisə baş vermişdi. PSV-ni dəstəkləmək üçün İspaniyaya gələn hollandiyalı fanatlar miqrantları ələ salan hərəkət etmişdilər.