Bu gün AFFA-nın Hesabat Konfransı var
Bu gün AFFA-nın növbəti Hesabat Konfransı keçiriləcək.
Sportline.az xəbər verir ki, konfransdan dərhal sonra İcraiyyə Komitəsinin iclası keçiriləcək. Tədbir saat 10:00-da start götürəcək.
Prezident tərəfindən iclasın açılışı, Konfransın tərkibinin yoxlanılması, İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təsdiq edilməsi, maliyyə hesabatlarının təsdiqi, müstəqil auditorun hesabatını nəzərə almaq, hər hansı vakant vəzifəyə seçkilər, AFFA üzvlərinin təkliflərinin qəbul olunması və digər məsələlər gündəyilə daxil edilib.
Qeyd edək ki, Hesabat Konfransından dərhal sonra isə AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək.
İclasda müzakirə olunacaq məsələlər bunlardır:
1. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı həyata keçirilməsi nəzərdə tutulan silsilə tədbirlər
2. 2024-2028-ci illər üçün FIFA və UEFA tərəfindən ayrılacaq maliyyə vəsaitinin müxtəlif regionlarda yeni stadionların inşasına ayrılması
3. Aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçilərinin təsdiqi
4. AFFA-nın nəzdində fəaliyyət göstərən müvafiq komitələrin tərkibinin təsdiqi
5. AFFA-nın Futbol Veteranları üçün fərdi təqaüdləri haqqında Əsasnaməsinin təsdiqi
6. Yoxlama və Təftiş Komitəsinin hesabatı
7. Birinci Divizionda çıxış etmək üçün Region Liqasinda 3 illik fəaliyyət tələbi ilə bağlı qərarın müzakirəsi
8. Misli Premyer Liqası, Birinci Divizion və kubok oyunlarının internet üzərindən yayımı və oyunların statistik məlumatlarının əldə olunmasının PFL-ə həvalə olunmasının təsdiqi.
9. Birinic Divizion və əvəzedici heyət yarışlarının ayrılmasının müzakirəsi
10. 2023-24-cü illər mövsümündən etibarən Birinci Divizionda çıxış edən klublar üçün lisenziyalaşdırmanın tətbiqinin müzakirəsi
11. Azərbaycan Futzal Federasiyasının fəaliyyəti ilə bağlı federasiya rəhbərliyinin məlumatı
12. Digər məsələlər.