Bu gün Azərbaycanın 2 gimnastı Bakıdakı Dünya Kubokunun finalında çıxış edəcək

Bu gün Azərbaycanın 2 idman gimnastı Bakıda keçirilən Dünya Kubokunda final mərhələsində çıxış edəcəklər.

Sportline.az xəbər verir ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının iştirakçısı İvan Tixonov paralel qollarda, Nikita Simonov isə halqa ilə hərəkətlərdə medal qazanmağa çalışacaq.

Tixonov təsnifat mərhələsini 13.933 xalla 8-ci, Simonov isə 14.266 xalla 6-cı yerdə başa vuraraq, finala vəsiqə qazanıblar.

Bu gün həmçinin sərbəst hərəkətlər, dayaqla tullanma və müxtəlif hündürlüklü qollarda mükafatçılar müəyyənləşəcək. Yarışlar saat 12:00-da başlayacaq.

Qeyd edək ki, Dünya Kubokuna aprelin 3-də yekun vurulacaq.