Bu gün dünya çempionatı başlanır

Azərbaycanın iki cüdoçusu bu gün Özbəkistanın paytaxtı Daşkənddə start götürəcək dünya çempionatında mübarizəyə başlayacaq.

Sportline.az xəbər verir ki, kişilərin yarışında 60 kq çəki dərəcəsində çıxış edən Kəramət Hüseynov 1/16 final mərhələsində Yeldos Smetovla (Qazaxıstan) üz-üzə gələcək.

Qadınlardan 48 kq-dakı Leyla Əliyeva eyni raundda Xuliya Figeroa (İspaniya) ilə görüşəcək.

Qeyd edək ki, Azərbaycan yarışda 11 cüdoçu ilə təmsil olunur. Dünya çempionatı oktyabrın 13-də başa çatacaq.