Bu gün "El-Klassiko" var
Bu gün İspaniya kubokunda "El-Klassiko" oynanılacaq.
Sportline.az xəbər verir ki, yarımfinalın ilk matçında "Real" evdə "Barselona"nı qəbul edəcək. Futbol azarkeşləri tərəfindən maraqla gözlənilən oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Cavab matçı isə aprelin 5-i "Kamp Nou"da olacaq.
Bu komandalar arasında son görüş "Barselona"nın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Həmin vaxt Kataloniya klubu bu qalibiyyət sayəsində İspaniya Superkubokunu qazanmışdı.
İspaniya Kral Kuboku, yarımfinal, ilk oyun
2 mart
00:00. "Real" - "Barselona"
Baş hakim: Xose Munuera (İspaniya)
"Santyaqo Bernabeu"