Bu ölkədə çempion məlum oldu
Belarus Premyer Liqasında bu mövsümün qalibi müəyyənləşib.
Sportline.az xəbər verir ki, bu, “Şaxtyor”dur. Soliqarx təmsilçisi 15-ci turdan təxirə salınmış oyunda “Qomel”ə 3:2 hesabı ilə qalib gəlib. Bununla da komanda çempionatın başa çatmasına 3 tur qalmış xalını 68-ə çatdırıb və ən yaxın izləyicisi BATE ilə xal fərqini 10-a yüksəldib. "
Şaxtyor" ardıcıl 2-ci, ümumilikdə isə 3-cü dəfə ölkə çempionu olub. Klub daha əvvəl 2005 və 2020-ci illərdə bu titulu qazanmışdı.