Buffon 30 milyon avrodan imtina etdi

"Parma"nın əfsanəvi qapıçısı Canluici Buffon Səudiyyə Ərəbistanından gələn təklifi qəbul etməyib.

Sportline.az xəbər verir ki, bu haqda məşhur insayder Nikola Skida məlumat paylaşıb.

Onun sözlərinə görə adı çəkilməyən klub Buffona 30 milyon avro dəyərində iki illik müqavilə təklif edib.

45 yaşlı qolkiper isə buna yox cavabı verib.

Qeyd edək ki, əfsanəvi futbolçu "Yuventus"la 22 titula sahib çıxıb.