Bundesliqa tarixində rekorda imza atdı
Bundesliqanın 21-ci turunda "Herta" ilə matç "Borussiya"nın (Dortmund) futbolçusu Cud Bellinqem üçün əlamətdar olub.
Sportline.az "Opta"ya istinadən xəbər verib ki, komandasının 4:1 hesablı qalib gəldiyi görüşdə Bellinqem də iştirak edib. Bu, ingiltərəli yarımmüdafiəçinin "Borussiya" ilə Bundesliqada qazandığı 50-ci qələbə olub.
Nəticədə 19 yaş 235 günlüyündə olan Bellinqem yerli çempionatın tarixində 50 qələbə həddinə çatan ən gənc futbolçu adını qazanıb.
Qeyd edək ki, Bellinqem 2020-ci ildən "Borussiya"da oynayır.