Buskets bu göstəricidə Messiyə çatdı

İspaniya La Liqasının 18-ci turunda “Elçe” ilə oyun (3:2) “Barselona”nın kapitanı Serxio Buskets üçün əlamətdar olub.

Sportline.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi “Barselona” ilə rəsmi oyunlarda 459-cu qələbəsini qazanıb. Buskets qələbə sayında keçmiş komanda yoldaşı Andres İnyestaya çatıb.

“Barselona” ilə rəsmi matçlarda ən çox qələbə qazanan futbolçu isə Lionel Messidir. Hazırda PSJ-də çıxış edən argentinalı hücumçu Kataloniya təmsilçisi ilə 542 qələbə qazanıb.