Canni De Byazi Türkiyədə
Azərbaycan Premyer Liqası klubları mövsümün ikinci yarısına Türkiyədə hazırlaşır.
Sportline.az xəbər verir ki, bütün elita təmsilçiləri Antalyada məskunlaşıb.
Millimizin baş məşqçisi Canni De Byazi də klubların yoxlama oyunlarını yaxından izləmək üçün qonşu ölkədədir. O, hazırda "Zirə"nin Rumıniyanın "Çindiya" klubu ilə matçını tribunadan izləyir.
(Futbolpress.az)