Cəbrayıl finalda, Hacı bürünc medalın bir addımlığında

Riqada güləş üzrə böyüklər arasında Avropa çempionatı davam edir. SportLine.az xəbər verir ki, yarışın üçüncü günü idmançılarımız daha iki medal qazanmağa yaxındır.

Sərbəst güləş üzrə yarışlarda  mübarizə aparan pəhləvanlarımızdan Cəbrayıl Həsənov bütün rəqiblərini məğlub edərək finala yüksəlib. 

61 kq çəki dərəcəsindəki təmsilçimiz Hacı Əliyev yarımfinalda məğlub olub. Güləşçimiz bürünc medal uğrunda görüşə çıxacaq.

Qadınların mübarizəsində isə Alyona Kolesnik ümidləri doğrultmayıb. Güləşçimiz startda məğlubiyyətlə barışıb.

Xatırladaq ki, seçməmizin aktivində 1 qızıl, 1 gümüş və 1 bürünc medal var.