Cəbrayıl Həsənov finalda uduzdu

Riqada güləş üzrə böyüklər arasında Avropa çempionatı davam edir. SportLine.az xəbər verir ki, yarışın 3-cü günündə təmsilçilərimiz daha iki medal qazanıblar.

61 kq çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçimiz Hacı Əliyevin ardından, 74 kq-da Cəbrayıl Həsənov da fəxri kürsüyə qalxıb. Pəhləvanımız finalda türkiyəli Soner Demirtaşa uduzaraq gümüş medalla kifayətlənib.

Xatırladaq ki, üç gündən sonra seçməmizin aktivində 1 qızıl, 2 gümüş və 2 bürünc medal var.