"Cəbrayıl" komandası ev oyunlarını bu stadionda keçirəcək
Millimizin sabiq üzvü Cavid Hüseynovun yaratdığı "Cəbrayıl"ın Regional Liqada oynayacağı dəqiqləşib.
Sportline.az xəbər verir ki, eyniadlı şəhəri təmsil edəcək komanda hələ ki, ev oyunlarını Bakıda keçirəcək.
Komandanın rəqiblərini Fövqəlada Hallar Nazirliyinin Hövsanda yerləşən stadionunda qəbul edəcək.
“Cəbrayıl”ın məşqlərini keçirməsi üçün isə stadion axtarışları davam etdirilir.
Yaxın günlərdə baş məşqçinin adı da məlum olacaq.