Cəlilabad komandası Azərbaycan birinciliyinin finalında
Cəlilabad komandası həndbol üzrə Azərbaycan birinciliyinin final mrəhələsinə vəsiqə qazanıb.
Bu haqda Sportline.az saytına açıqlamasında Azərbaycan Həndbol Federasiyasının (AHF) mətbuat katibi Pünhan Mürsəliyev məlumat verib.
Onun sözlərinə görə, Lənkəran Olimpiya İdman Kompleksində keçirilən zona yarışına yerli həndbolçularla yanaşı, Cəlilabad, Biləsuvar və Yardımlı rayonlarının 2008 və ondan kiçik təvəllüdlü oğlanlardan ibarət komandaları qatılıb.
Gərgin və maraqlı mübarizənin nəticələrinə əsasən Cəliladab həndbolçuları yarışın qalibi adına layiq görülüblər. Biləsuvar komandası ikinci, Lənkəran kollektivi üçüncü yeri tutub. Reqlamentə əsasən Cəlilabad komandası iyun ayında Bakıda keçiriləcək respublika birinciliyinin final mərhələsinə vəsiqə qazanıb.