Cerrard Premyer Liqaya qayıtdı
Stiven Cerrardın "Aston Villa"ya baş məşqçi vəzifəsinə təyinatı rəsmiləşib.
Sportline.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 41 yaşlı mütəxəssislə 2,5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Cerrard 2018-ci ildən "Reyncers"ə baş məşqçilik edirdi. O, məhz "Aston Villa"nı çalışdırmaq üçün Şotlandiya klubu ilə 2024-cü ilin yayınadək olan sözləşməsinə xitam verib.