Çalov rəsmən PAOK-da

Rusiyalı hücumçu Fyodor Çalov PAOK-la 3 illik müqavilə imzaladı.

Sportline.az xəbər verir ki, bu barədə Yunanıstan klubunun vitse-prezidenti Kiriakos Kiriakos məlumat verib.

 Kiriakos "Fyodor Çalov klubumuzla 3 illik müqavilə imzaladı. Bu axşam oyunçunun video təqdimatı yerləşdiriləcək" deyib.

26 yaşlı futbolçu ÇSKA klubunun yetirməsidir.2020-ci ildə yarım mövsüm "Bazel"də icarədə olub.O, "hərbiçilər"in heyətində ümumillikdə 263 oyunda 89 qol vurub.