"Çelsi" 18 yaşlı futbolçunun transferini rəsmiləşdirdi
"Çelsi" 18 yaşlı Omari Kellimenin transferini rəsmiləşdirib.
Sportline.az klubun rəsmi saytına istinadla xəbər verir ki, onunla 6 illik müqavilə bağlanılıb.
Londonluların bu keçid üçün "Aston Villa"ya 22 milyon avro ödədiyi bildirilir.
Qeyd edək ki, son mövsümü Birmingem klubunun gənclər komandasında keçirən cinah hücumçusu 20 oyuna 8 qol, 1 asistlə yadda qalıb.