"Çelsi" axtarışa çıxıb

Londonun “Çelsi” klubu sağ cinah müdafiəçisi axtarışına çıxıb.

Sportline.az “TBR Football” saytına istinadən xəbər verir ki, “Çelsi” klubu Riz Ceymsin tez-tez zədələnməsinə görə, yeni sağ cinah müdafiəçisi transferinə hazırlaşır.

“Zadəganlar”ın maraq dairəsində olan oyunçuların siyahısı da açıqlanıb.

Jul Kunde – “Barselona”
Jeremi Frimponq – “Bayer Leverkuzen” 
Killian Sildilya – “Frayburq”
Maykl Kayode – “Fiorentina”
Covani Kuenda – “Sportinq Lissabon”