"Çelsi" "Barselona"nın futbolçusunu transfer etmək istəyir

"Barselona"nın fransalı müdafiəçisi Jul Kunde "Çelsi"nin maraq dairəsinə düşüb.

Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, London klubu Kunde üçün mövsümün sonunda "Barselona"ya rəsmi təklif göndərəcək.

26 yaşlı futbolçunun transfer qiyməti 60 milyon avro olaraq təyin olunub.

Qeyd edək ki, Kunde bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 44 matçda 3 qol və 8 asistlə yadda qalıb.

Onun "Barselona" ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.