"Çelsi" doğma meydanda uduzdu

"Çelsi" İngiltərə Premyer Liqasında 29-cu tur oyununa çıxıb.

Sportline.az xəbər verir ki, London klubu "Aston Villa"nı qəbul edib və 0:2 hesabı ilə uduzub.

"Çelsi" - "Aston Villa" - 0:2
Qollar:
 Uotkins, 18, Makqinn, 56

"Aston Villa" 41 xalla 9-cu, "Çelsi" 38 xalla 11-ci pillədə qərarlaşıb.  Siyahıya 72 xalla (29 oyun) "Arsenal" başçılıq edir. "Mançester Siti" 64 xalla (28 oyun) 2-ci, "Mançester Yunayted"  50 xalla (26 oyun) 3-cüdür.