"Çelsi" "Real"dan 90 milyon avro tələb edir
"Real Madrid" "Çelsi"nin argentinalı futbolçusu Enzo Fernandezi transfer etmək niyyətindədir.
Sportline.az xəbər verir ki, London klubu Enzo Fernandezi 90 milyon avro qarşılığında satmağa hazırdır. Bu haqda "Todo Fichajes" nəşri məlumat yayıb.
24 yaşlı yarımmüdafiəçi "Real Madrid"də çıxış etməyə müsbət yanaşır.
Qeyd edək ki, Enzo Fernandez 2023-cü ilin yanvar ayında "Benfika"dan "Çelsi"yə 121 milyon avro qarşılığında transfer olmuşdu.
O bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdityi 35 matçda 5 qol və 9 asistlə yadda qalıb.