"Çelsi" Rodriqo üçün hərəkətə keçib

"Real Madrid"in brazilyalı futbolçusu Rodriqo "Çelsi"nin transfer hədəfinə çevrilib.

Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, London klubu Rodriqo üçün "Real Madrid"ə 100 milyon avro ödəməyə hazırdır.

24 yaşlı futbolçunun Madrid klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Rodriqo bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 41 matçda 13 qol və 8 asistlə yadda qalıb.