"Çelsi" seneqallı futbolçu ilə müqaviləni uzatmaq istəyir
"Çelsi" hücumçusu Nikolas Ceksona yeni müqavilə təklif etməyə hazırlaşır.
Sportline.az Sky Sport-a istinadla xəbər verir ki, londonlular 23 yaşlı futbolçu ilə 2033-cu ilə qədər davam etmək istəyirlər.
2023-cü ildən "Vilyarreal"dan "Çelsi"yə 37 milyon avro qarşılığında transfer olunan Cekson "zadəganlar"la çıxdığı 44 oyunda 17 qol və 6 asistə imza atıb.
Qeyd edək ki, "Çelsi" klubu ötən gün komandanın liderlərindən Kol Palmer ilə müqavilənin müddətini 2033-cü ilə qədər artırıb.